Belçika çempionatında çıxış edəcək – Azərbaycanın 17 taekvondoçusu

Azərbaycanın 17 taekvondoçusu martın 18-də Lommel şəhərində start götürəcək açıq Belçika çempionatına qatılacaq.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, Azərbaycan iki gün davam edəcək G2 kateqoriya yarışda həm qadınların, həm də kişilərin mübarizəsində təmsil olunacaq.

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda Belçikaya Niderlanddan yollanıb.

Lommeldə də dayanq üzərinə Eyndhovendə şans verilən “11-lik” – Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov, Pərviz İskəndərov (hər ikisi 63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) çıxacaq.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoin isə Belçikada 6 idmançını yoxlayacaq. Yarışın mükafatları uğrunda Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə (hər üçü 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova (hər ikisi 53 kq) və Fatimə Məcidova (62 kq) mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button