“Dinamo”nun 11 futbolçusu koronavirusa yoluxdu
Belarusun “Dinamo” klubunun 16 üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə “by.tribuna.com” saytı məlumat yayıb. Xəbərdə, virusa yoluxanlardan 11-inin futbolçu olduğu bildirilir. Futbolçuların 8-nin vəziyyəti normaldır, 3-ü isə xəstəxanaya yerləşdirilib.
“Dinamo” klubunun futbolçuları iyulun 3-də keçirilən “Smoleviç” – “Dinamo” matçından (3:3) sonra test veriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin