“Belə oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir” – Emreli

“Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir”.

Komanda.az xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli evdə “Sibenik”ə 3:0 hesabı ilə qalib gəldikləri Xorvatiya 1-ci liqasının 26-cı turunun oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Xorvatiya çempionatında debüt matçına çıxan 25 yaşlı futbolçu çoxdandır start heyətində yer almadığını bildirib:

“Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi”.

İlk dəfə “Dinamo”da start heyətində meydana çıxan Mahir 60-cı dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button