Levandovskidən tarixi göstərici

“Bayern”in futbolçusu Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu turnirdə ardıcıl 18 qələbə qazanan ilk oyunçu olub. O, bu göstəriciyə qrup mərhələsinin 2-ci turunda Kiyev “Dinamo”su ilə matçda iştirak etməklə nail olub.

“Bayern” “Dinamo”nu 5:0 hesabıyla məğlub edib. Levandovski bu görüşdə iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button