“Bayern”in futbolçusu rəsmən “Mançester Yunayted”də!

“Mançester Yunayted” heyətinə yeni futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi Avstriya yığmasının və Almaniyanın “Bayern” klubunun hücumameyilli yarımmüdafiəçisi Marsel Zabitserlə güclənib.

28 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Zabitser 2021-ci ilin avqust ayında Bundesliqanın digər təmsilçisi “Leypsiq”dən 15 milyon avro qarşılığında “Bayern”ə keçmişdi. O, Münhen təmsilçisinin heyətində meydana çıxdığı 54 oyunda 2 qol vurub. Yarımmüdafiəçi daha öncə “Admira Vakker”, “Rapid” (Vyana), “Zalsburq” klublarının da formasını geyinib, Avstriya yığmasında 68 oyuna 12 qol vurub.

“Mançester Yunayted” gənc müdafiəçisi Dişon Bernardı icarəyə göndərib. 22 yaşlı futbolçu 31 maya kimi Çempionşip təmsilçisi “Portsmut”da oynayacaq. “Qırmızı şeytanlar”ın əsas komandasında cəmi 1 oyuna çıxmış futbolçu, daha öncə “Solford Siti” və “Hall Siti”də də icarədə oynayıb.

Mançester təmsilçisi digər müdafiəçisi Aksel Tuanzebeni isə “Stok Siti”yə icarəyə verib. 25 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. O, daha öncə “Aston Villa” və “Napoli”də də icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button