“Bayern” “sükan”ı ona tapşıra bilər
“Çelsi”nin keçmiş baş məşqçisi Tomas Tuxel “Bayern”in “sükanı arxasına” keçə bilər. Alman mütəxəssisin baş məşqçi postunda həmyerlisi Yulian Naqelsmannı əvəz edəcəyi ehtimal olunur.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Bayern” Bundesliqada mövsümə pis başlayıb. Komanda 7 oyunda 12 xal toplayıb və turnir cədvəlində lider “Union”dan (Berlin) 5 xal geri qalaraq, beşinci yerdədir. Bundesliqanın son dörd oyununda münhenlilər qələbəyə həsrət qalıb (3 heç-heçə, 1 məğlubiyyət).
49 yaşlı Tuxel 7 sentyabr 2022-ci ilə qədər “Çelsi”nin baş məşqçisi olub. “Çelsi” rəhbərliyi mövsümün əvvəlindəki zəif nəticələrə görə onu istefaya göndərib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin