“Bayern” Tomas Tuxellə anlaşıb
Yulian Naqelsmannı istefaya göndərdikdən sonra “Bayern” baş məşqçi postuna yeni mütəxəssis təyin edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisinin rəhbərliyi Tomas Tuxellə anlaşıb və onunla 2,5 illik sözləşmə imzalanacaq.
Tuxelin son iş yeri “Çelsi” olub. O, ötən ilin sentyabrında UEFA Çempionlar Liqasının 1-ci turunun “Dinamo”ya (Zaqreb) məğlubiyyətindən sonra (0:1) vəzifəsindən uzaqlaşdırılıb.
“Zadəganlar” almaniyalı mütəxəssislə 2020/21 mövsümündə Çempionlar Liqasını, 2022-ci ildə isə Klublararası dünya çempionatını qazanıb.
Hazırda “Bayern” Almaniya çempionatında lider “Borussiya”dan (Dortmund) geri qalaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Eyni zamanda, Münhen təmsilçisi Çempionlar Liqasında da mübarizəni davam etdirir. Onların 1/4 finaldakı rəqibi “Mançester Siti”dir.
Bizi Facebook-da izləyin