“Bayern” Palinya ilə müqavilə bağlasaydı…” – Klub rəsmisi
“Bayern”in idman direktoru Maks Eberl keçən yay transfer etmək istədikləri Joao Palinya haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, portuqaliyalı futbolçunun ötən yay transferinin baş tutmamasının Münhen klubunun mövsümünü bir qədər korladığını bildirib:
“Bayern” keçən yay Palinya ilə müqavilə bağlasaydı, klub problemli mövqeyini həll etmiş olacaqdı. Heyət daha geniş olardı və zədələr o qədər də problem yaratmazdı”.
“Fulhem”in yarımmüdafiəçisi yay transfer pəncərəsinin son günündə “Bayern”lə müqavilə imzalamağa çalışsa da, sonda razılaşma baş tutmayıb.
“Bayern”in bu yay 28 yaşlı futbolçunun transfer məsələsinə qayıda biləcəyi ilə bağlı söz-söhbətlər var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin