“Bayern” Musiala ilə anlaşmağa yaxındır
“Bayern” və Camal Musiala yeni müqavilə ilə bağlı razılığa yaxınlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər şey hücumameyilli yarımmüdafiəçi ilə Münhen klubu arasında yeni, uzunmüddətli müqavilə imzalanmasına doğru gedir.
Musiala ya Harri Keynlə eyni, ya da bir qədər az qazanacaq. Almaniyalı futbolçunun illik məvacibi 24 milyon avrodur. Bundan əlavə, “Bayern” güzəştə getməyə və müqaviləyə oyunçunun ətrafının istədiyi sərbəst qalma bəndini daxil etməyə hazırdır. Söhbət çox böyük məbləğdən gedir – nə az, nə çox, 175 milyon avro. Münhen klubunun rəhbərliyi nikbindir və müqavilənin tezliklə bağlanacağına inanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin