“Bayern” Keyndən vaz keçib – 2 səbəbə görə

“Bayern” İngiltərə yığmasının və “Tottenhem”in hücumçusu Harri Keyni almaq fikrindən imtina etmək qərarına gəlib.

Komanda.az “SportBild”-ə istinadən xəbər verir ki, Almaniya klubu ingiltərəli futbolçunun yaşından və xaricdə təcrübəsi olmaması səbəbindən uyğunlaşmaqda problem yaşaya biləcəyindən narahatdır. Harri Keyn bütün karyerasını İngiltərə Premyer Liqasında keçirib.

Futbolçunun transferində “Mançester Yunayted” də maraqlıdır.

Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 32 oyunda 25 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button