“Bayern” İngiltərə klubunun tələb etdiyi təzminatı ödəməyə razılaşıb
“Bayern” Vensan Kompanini “sükan arxasına” gətirmək üçün “Bernli” ilə razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu belçikalı mütəxəssis üçün 10-12 milyon avroluq təzminat ödəməyə razılaşıb.
Daha əvvəl bildirilmişdi ki, “Bernli” Kompaninin klubdan ayrılacağını gözləmirmiş. İddialara görə, rəhbərlik belçikalı mütəxəssis tərəfindən xəyanət hiss edib və “Bayern”ə heç bir güzəşt etməyib.
Kompani ötən mövsüm “Bernli”ni İngiltərə Premyer Liqasına çıxarsa da, sonradan komandanı elitada saxlaya bilməyib. Komanda Premyer Liqada sonuncudan əvvəlki yeri tutaraq, yenidən Çempionşipə yuvarlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin