“Bayern”dən 35 milyon avro tələb edirlər – 19 yaşlı futbolçu üçün

Almaniyanın “Bayern” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirəcək.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi “Ayaks”ın futbolçusu Rayan Qravanberxlə razılıq əldə edib. Niderland təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin transferi üçün almanlardan 35 milyon avro tələb edir.

Qravenberx “Ayaks”la 2023-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmamağa qərar verib. 

O, bu mövsüm “Ayaks”da 38 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button