“Bayer”lə oyunu stadiondan izləmək istəyən azarkeşlərin diqqətinə

Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) – “Qarabağ” matçında Azərbaycan təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün 1790 bilet ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, həmin biletlər bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılıb. Biletin qiyməti 31 manat təşkil edir.

Martın 14-də “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlər üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.

Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.

Xatırladaq ki, ilk oyunda qalib müəyyənləşməyib – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button