“Bayer”in futbolçusu “Bayern”in hədəfində
“Bayern” qış transfer pəncərəsində heyətinə yeni futbolçular qatmaq istəyir.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisinin əsas hədəfi “Bayer”in (Leverkuzen) müdafiəçisi Conatan Tahdır. “Bayern” “Bayer”in bütün tələblərini qarşılamağa hazırdır.
Conatan Tah cari mövsümdə 23 oyun keçirib və 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin