“Bayer” yeni rekord müəyyənləşdirib

“Bayer” (Leverkuzen) Avropa futbolunda yeni rekord müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi UEFA Avropa Liqasının yarımfinal mərhələsinin “Roma” ilə cavab matçında (2:2) məğlubiyyətsiz oyunlar seriyasını 49-a çatdırıb.

Leverkuzenlilər bu göstəricidə Avropada birinci yerə çıxıblar. Komanda 1963-cü ildən 1965-ci ilə qədər bütün yarışlarda ardıcıl 48 görüşdə məğlub olmayan Portuqaliya “Benfika”sının rekordunu qırıb. Xabi Alonsonun yetirmələri bu mövsüm 40 qələbə, 9 heç-heçəyə imza atıblar.

“Bayer” “Roma” ilə iki oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanıb və Avropa Liqasının finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button