“Bayer” yeni hücumçu transfer edib
“Bayer” (Leverkuzen) “Betis”dən Borxa İqlesiasın transferini rəsmiləşdirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 31 yaşlı hücumçunu icarəyə götürüb. Onunla cari mövsümün sonunadək sözləşmə imzalanıb. Müqaviləyə birdəfəlik satın alma hüququ da daxildir.
“Bayer” Borxanın icarəyə götürülməsinə görə “Betis”ə 1,5 milyon avro ödəyib.
İqlesias bu mövsüm “Betis”in heyətində bütün yarışlarda 18 matç keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin