Mussa üçün 75 milyon avro tələb edirlər

Almaniyanın “Bayer” (Leverkuzen) klubu yarımmüdafiəçisi Mussa Diabi üçün onun xidmətində maraqlı olanlardan ən azı 75 milyon avro tələb edir.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, “Bayer”in oyunçusu ilə maraqlanan klublar arasında “Arsenal”, “Mançester Yunayted”, “Roma” və “Nyukasl” var.

Diabinin “Bayer”lə müqaviləsi 2025-ci ilə qədərdir.

Fransalı futbolçu Bundesliqada cari mövsümdə 30 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button