“Bayer” “Betis”in futbolçusu ilə razılığa gəlib

“Bayer” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi “Betis”dən Borxa İqlesiasla razılaşıb. 

Bundesliqa klubu 31 yaşlı hücumçunu icarəyə götürəcək. Forvardla 6 aylıq sözləşmə imzalanacaq. Müqaviləyə satın alma hüququ daxil olmayacaq.

Borxa bu mövsüm 18 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button