“Bavariya”nın təklifini bir saniyə belə, düşünmədim”
Fransa millisinin və “Ştutqart”ın müdafiəçisi Benjamin Pavar, “Bavariya”ya transferi haqqında danışıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, gələn mövümdən etibarən Münhen təmsilçisinin formasını geyinəcək 22 yaşlı futbolçu, xəyalının gerçəkləşdiyini deyib:
“Mənimlə bir çox klub maraqlandı, amma “Bavariya”nın təklifini bir saniyə belə, düşünmədim. Mənim üçün bu klub dünyanın ən yaxşısıdır. Bu klubun tarixinə keçmək və kuboklar qazanmaq istəyirəm.
Keçən mövsüm “Alyans Arena”da oynanılan matçdan əvvəl atmosfer mənə çox təsir elədi, bir gün burda oynamağı xəyal etdim. Mənim üçün əsas məsələ pul deyil.
Müdafiəçi kimi oynamağı sevirəm, amma “Bavariya”nın bir parçası olmaq istəyirəm. Baş məşqçi məni yarımmüdafiədə oynatsa da, problem olmaz. Uyğunlaşa bilərəm”.
Fransalı futbolçu “Ştutqart” azarkeşləri haqqında da danışıb:
“Ştutqart” azarkeşlərinin qərarıma necə reaksiya verəcəyini bilmirəm. Bəlkə də, bəziləri məni narahat edəcək, amma mən onlarla hər zaman dürüst davranmışam”.
Bizi Facebook-da izləyin