Noyer “Bavariya”dan 20 milyon avro məvacib istəyib? – açıqlama

“Bavariya”nın qapıçısı Manuel Noyer, mətbuatda çıxan “yeni müqavilə ilə illik 20 milyon avrodan çox pul tələb edir” iddiaları haqda danışıb.

Komanda.az xəbər verir ki, “Bild” nəşrinə açıqlama verən Noyer, bütün bunların yalan olduğunu deyib:

“Bavariya” ilə apardığım bütün danışıqlar normal keçib. Mətbuata heç bir məlumat ötürülməyib. Yalan xəbərlər yayırlar. Bunlar məni əsəbiləşdirir. Mən hər zaman klubda inam içərisində işləmişəm. Bu kluba həm kapitan, həm də futbolçu kimi sadiqliyimi göstərmişəm”.

Almaniya mətbuatı bir müddət əvvəl Noyerin “Bavariya” rəhbərliyindən yeni müqavilədə illik 20 milyon avrodan çox məvacib istədiyini iddia edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button