Noyerlə danışıqlar uğursuz oldu
Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyerlə müqavilənin müddətini artırmaq istədiyini xəbər vermişdik.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl tərəflər arasında danışıqlar başlamış, lakin qərara gələ bilməmişdilər. Bu günlərdə futbolçunun meneceri Tomas Krot yenidən Münhen klubu ilə yeni müqavilə ilə bağlı müzakirələrə start verib. Lakin tərəflər arasındakı danışıqlar yenə də uğursuzluqla nəticələnib.
2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan 33 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin