“Bavariya”dan ayrılır – 15 il sonra
“Bavariya”nın futbolçusu Tomas Müller klubdan ayrılmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bu mövsüm az şans qazanan alman hücumçu, qış transfer pəncərəsi dövründə ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
“Bavariya” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Müller, bu mövsüm 7 oyunda iştirak edib və 4 məhsuldar ötürmə edib.
100 dəfə də Almaniya millisinin formasını geyinən Müller, 2004-cu ildən “Bavariya”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin