“Bavariya”nın səfər matçına koronavirus əngəli
“Bavariya”nın Almaniya Bundesliqasının 26-cı turunun “Yunion”la matçı azarkeşsiz keçiriləcək.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədiylə belə qərar qəbul olunduğu bildirilir.
“Yunion” – “Bavariya” matçı martın 14-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin