“Bavariya” onunla yeni müqavilə imzalayacaq
“Bavariya” futbolçusu Robert Levandovskinin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.
Komanda.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi, 30 yaşlı forvardla müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalamaq niyyətindədir.
2014-cü ildən “Bavariya”da forma geyinən Levandovskinin klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında bitir. Polşalı forvard bu mövsüm Bundesliqada 23 oyunda iştirak edərək, 15 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin