95 faizlik razılaşma
Almaniyanın “Bavariya” klubu hücumçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu Robert Levandovski ilə yeni müqavilə imzalamağa yaxındır. Polşalı futbolçu da bu xəbəri təsdiqləyib. O, jurnalistin “Klubla yeni müqavilə üçün 99 faiz razılaşmısız” sualına “Hələ ki, yox, 95 faiz razılaşmışıq” cavabını verib.
Tərəflər arasında yeni müqavilənin 2023-cü ilədək olacağı bildirilir. 2014-cü ildən “Bavariya”nın şərəfini qoruyan 31 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin