Rodriqo baş məşqçi ilə nə haqda danışdığını açıqladı

“Real”ın hücumçusu Rodriqo baş məşqçi Xabi Alonso ilə aralarındakı söhbət barədə danışıb.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Alonsonun ona olan inamından söz açıb:

“O, mənə dedi: “Sənin sol cinahda oynamağı xoşladığını bilirəm, amma mənə başqa mövqelərdə də lazımsan”. Mən isə cavab verdim ki, mənim üçün fərqi yoxdur, komandaya harada kömək edə bilirəmsə, orada oynayaram. Baş məşqçinin qərarlarına hörmətlə yanaşmaq lazımdır”.

Rodriqo həmçinin, vurğulayıb ki, futbolçu meydana yalnız start heyətində çıxanda deyil, son 20 dəqiqəlik epizodlarda da bütün gücünü ortaya qoymalıdır.

24 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. O, bu qarşılaşmalardan ikisində start heyətində yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button