Güldü – “Barselona” haqda suala
Danimarkalı müdafiəçi Andreas Kristensen gələcəyi haqda danışıb.
Komanda.az xəbər verir ki, Kristensen “Barselona”ya mümkün keçidi haqda fikirlərini bildirib:
“Mən harada oynamalı olduğumu bilirəm. Nə vaxt rəsmi açıqlama olacaq? Ümid edirəm tezliklə. Təəssüf ki, hər şey təkcə məndən asılı deyil.
Barselonaya köçmək münasibətiylə təbriklərə necə cavab verim? Susub deyəcəm ki, bir az da gözləmək lazımdır (gülür).
“Barselona” Avropanın ən böyük klublarından biridir. Düşünürəm ki, problemlərdən və çətinliklərdən asılı olmayaraq, bu komanda hələ də dünyanın ən böyük klublarından biridir”.
Kristensen yaxınlarda “Çelsi”dən ayrılıb və onun “Barselona”ya keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin