Xavi onlardan imtina etdi
“Barselona”nın yeni baş məşqçisi Xavi komandanın strukturunda dəyişikliklər etməyə başlayıb.
Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəssis klubun fizioterapevti Xuanxo Brau və fiziki hazırlıq üzrə məşqçi Alberto Roke ilə yolların ayrılmasını istəyib. Bu barədə AS nəşri məlumat yayıb. Rəhbərlik Xavinin bu tələbini qəbul edib və iki əməkdaşla yolları ayırıb.
Braunu Qətər “Əl Sədd”ində Xavi ilə birgə çalışmış Karles Nogeyra, Rokeni isə İvan Torres əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin