“Barselona”da Kroyffun oğluna iş verildi
“Barselona”nın sabiq futbolçusu və baş məşqçisi Yohan Kroyffun oğlu Jordi Kroyff Kataloniya klubunda çalışacaq.
Komanda.az xəbər verir ki, Kroyff klubun prezidenti Xuan Laportanın müşaviri təyin olunub. Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb. Jordi Kroyff avqustun 1-dən yeni işinə başlayacaq.
Jordi Kroyff futbolçu karyerasına 1994-cü ildə “Barselona”da başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin