“Söhbət hörmətdən gedir və “Barselona”da bunun nə olduğunu bilmirlər”
“Barselona”nın sabiq futbolçusu Dani Alveş keçmiş komanda yoldaşı Luis Suaresin Kataloniya təmsilçisindən ayrılmasına münasibət bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı müdafiəçi, bunları deyib:
“Təəssüf ki, bəzi həqiqətləri çoxdan bilirik. Klub da bunu ildən-ilə göstərir. Məsələ təkcə qələbə və ya məğlubiyyətlərlə bağlı deyil, söhbət hörmətdən gedir və “Barselona”da bunun nə olduğunu bilmirlər”.
Alveş 2008-2016-cı illər aralığında “Barselona”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin