Laporta Messiyə inanır

“Barselona”nın prezidenti Xuan Laporta klubla müqaviləsinin müddəti başa çatan Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, argentinalı futbolçu ilə danışıqları davam etdirdiklərini deyib:

“Messi klubda qalmaq istədiyini söylədi. Danışıqlarımız müsbət yöndə irəliləyir. Ümid edirəm ki, tezliklə rəsmi müqavilə imzalanacaq. Bu, həyata keçirmək istədiyimiz bir xəyaldır.

Maliyyə qaydalarına əməl etməliyik. Həll yolları axtarırıq. Mövcud maliyyə problemlərimizi aradan qaldıracağımıza inanırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button