“Barselona”nın prezidenti Levandovskinin meneceri ilə görüşdü

“Barselona”nın prezidenti Xuan Laporta “Bayern”in hücumçusu Robert Levandovskinin meneceri Pini Zahavi ilə görüşüb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti ilə 33 yaşlı polşalı futbolçunun agenti arasındakı görüşün müsbət keçdiyi bildirilir.

Xəbərdə, Levandovskinin “Barselona”ya keçməkdə maraqlı olduğu və kataloniyalılarla 3 illik müqavilə bağlamaq istədiyi qeyd olunub.

Levandovski 2014-cü ildən “Bayern”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button