“Barselona”nın prezidenti hakimi tənqid etdi

“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Hans-Diter Flikin La Liqada “Jirona” ilə son matçda (2:1) texniki zonadan qovulmasını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hakimin davranışını bəyənmədiyini söyləyib:

“Hər iki sarı vərəqədən şikayət etdik. Hakim öz hüdudlarını aşdı. Qadağanın ləğv edilməsi ehtimalı azdır, lakin mən Flikə dedim ki, onu dəstəkləyirəm. Hakimin davranışını bəyənmədim. Bu adam demək olar ki, bütün ən yaxşı oyunçularımızı meydandan qovur. Sadəcə onun rekorduna baxın. Bu, hər zaman olur”.

Almaniyalı mütəxəssis Ronald Arauxonun qələbə qoluna az qalmış iki sarı vərəqə alıb. O, cəza səbəbindən oktyabrın 26-da “Real”la növbəti oyunu buraxmaq məcburiyyətində qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button