Laporta: “Bu, ən kədərli və ağrılı qərar idi, amma peşman deyiləm”
“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin PSJ-yə keçidi haqda danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri, argentinalı hücumçunun PSJ-yə keçidinə görə peşman olmadığını bildirib:
“Bu, ən kədərli və ağrılı qərar idi, amma peşman deyiləm. Klub hər şeydən, hətta dünyanın ən yaxşı futbolçusundan da üstün olmalıdır.
Biz fəlakətli mirasın reallığı ilə qarşılaşdıq. Amma xoşbəxtlikdən, “Barselona”nın hekayəsi davam edir”.
Messi 2021-ci ilin yayında “Barselona”nın çətin maliyyə vəziyyəti səbəbindən PSJ-yə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin