“Barselona”nın futbolçusu Fransaya müqavilə bağlamağa gedir
Seneqallı müdafiəçi Mikail Faye “Barselona”nı tərk etməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, afrikalı futbolçu karyerasını Fransada davam etdirəcək.
Faye “Renn”lə müqavilə imzalayacaq. Tərəflər arasındakı anlaşmaya transferin dəyəri kimi 12 milyon avro və 4 milyon məbləğində bonuslar da daxil olacaq. 20 yaşlı müdafiəçi bu gün Fransaya yola düşəcək.
“Barselona” Fayeni bir ildən sonra 35 milyon, iki ildən sonra isə 40 milyon avroya geri almaq hüququnu özündə saxlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin