“Barselona” Kanselodan niyə imtina edib?
“Barselona” “Mançester Siti”dən müdafiəçi Joao Kanselonu almaq hüququndan imtina edib.
Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, Kataloniya klubu yüksək maaş tələblərinə görə portuqaliyalı futbolçudan imtina edib. Kanselo ildə 17 milyon avro almaq istəyib ki, bu da “Barselona”ya uyğun olmayıb.
27 yaşlı müdafiəçi ötən mövsüm icarə əsasında “Barsa”nın rənglərini qoruyub.
“Mançester Siti”nin Kanselonu Səudiyyə Ərəbistanına satmağa yaxın olduğu barədə məlumatlar yayılıb. İngiltərə çempionu bu müqavilədən təxminən 35 milyon avro qazana bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin