“Barselona”nın Neymara təklif etdiyi məvacib məlum oldu

İspaniyanın “Barselona” klubuna qayıdacağı deyilən PSJ-nin futbolçusu Neymarla bağlı yeni iddia ortaya çıxıb.

Komanda.az xəbər verir ki, Kataloniya klubunun Neymara təklif etdiyi məvacib bəlli olub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, “Barselona” braziliyalı hücumçuya illik 20 milyon avro təklif edir. Bu isə Neymarın PSJ-də qazandığı məvacibdən təxminən iki dəfə azdır. Neymar Paris klubunda ildə 37 milyon avro qazanır.

Bundan başqa, PSJ-nin Neymara illik 38 milyon avro olmaqla yeni – 5 illik müqavilə təklif edəcəyi bildirilir.

Neymar 2013-2017-ci illərdə “Barselona”nın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button