“Barselona”nın marağı mənim üçün böyük şərəfdir” 

“Bayer”in (Leverkuzen) yarımmüdafiəçisi Ezekiel Palasios “Barselona”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Kataloniya klubunun yeni baş məşqçisi olacaq Hans-Diter Flik argentinalı futbolçunu komandasına dəvət etmək istəyir.

25 yaşlı oyunçu yayılan xəbərlərə münasibət bildirib:

“Barselona”nın marağı mənim üçün böyük şərəfdir. Bu komandanın mənimlə maraqlandığını bilməkdən çox qürur duyuram”.

Palasios başa çatan mövsümdə 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçu komandasına çempionatda və Almaniya kubokunda kubok qazanmağa kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button