“Barselona”nın hücumçusu zədələnib

“Barselona”nın hücumçusu Ansu Fati daha bir zədə alıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu iyulun 23-də məşq zamanı sağ ayağından zədələnib. İspaniyalı forvard müalicə alacaq. Onun meydana qayıtma vaxtı hələ açıqlanmayıb.

Ansu Fati ötən mövsüm İngiltərənin “Brayton” komandasında icarə əsasında çıxış edib. O, Premyer Liqada 19 matçda iştirak edib, 2 qol vurub. Fati mövsüm başa çatdıqdan sonra “Barselona”ya qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button