“Barselona”nın futbolçusu sıradan çıxdı

İspaniyanın “Barselona” klubunun futbolçusu İniqo Martines zədələnib.

Komanda.az kataloniyalıların rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi İspaniya kubokunun 1/16 finalında “Barbastro” ilə görüşdə sıradan çıxıb.

Matçın 64-cü dəqiqəsində sol ayağından xəsarət alan İspaniya millisinin üzvünün bud əzələsində problem aşkarlanıb. Onun yaşıl meydanlara qayıtma tarixi tibbi müayinədən sonra müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button