“Messinin evinə getdim, vəziyyəti yaxşı deyildi” – Aquero
“Barselona”nın futbolçusu Serxio Aquero İspaniyanın “El Pais” nəşrinə müsahibə verib.
Komanda.az xəbər verir ki, argentinalı hücumçu, Kataloniya təmsilçisinə keçdiyinə görə peşman olmadığını deyib:
“Peşman deyiləm. Dürüst olaq, kim “Barselona”da oynamaq istəməz? Yaxşı da olsa, pis də olsa, hər bir futbolçu bir gün bu komandada olmaq istəyər.
Lionel Messiylə oynayacağımı və yaxşı bir komanda qurulacağını düşünürdüm. Mənə zəng edəndə “pul vacib deyil, əsas olan komandaya kömək etməyimdir” dedim.
Daha sonra Messi klubu tərk etdi. Əvvəlcə buna inanmadım, şok olmuşdum. Messinin evinə getdim, vəziyyəti yaxşı deyildi, xəstlənmişdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin