“O, “Borussiya”da qalsaydı, klubdan ayrılmazdım” – Dembele

“Barselona”nın futbolçusu Osman Dembele müsahibə verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu, müsahibəsində sevdiyi məşqçinin adını da açıqlayıb:

“Tomas Tuxel ən sevdiyim məşqçidir. Onun rəhbərliyi altında sağ cinahda oynayırdım. O, “Borussiya”da qalsaydı, klubdan ayrılmazdım”.

Tuxel 2015-2017-ci illər aralığında Dortmund “Borussiya”sını çalışdırıb. Dembele 2016/17 mövsümünü sözügedən klubda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button