“Barselona”nın futbolçusu məşqdə zədələnib

“Barselona”nın hücumçusu Joao Feliks zədələnib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 24 yaşlı forvard ötən gün komandanın məşqi zamanı sıradan çıxıb. Onun topuq nahiyəsində zədə aşkarlanıb. Feliks buna görə də 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Feliks bu mövsüm 28 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button