Kuman “Sevilya” ilə oyundan danışdı

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 5-ci turunda “Sevilya” ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan niderlandlı mütəxəssis, 1:1 hesabıyla bitən görüş haqda bunları deyib:

“Çətin oyun oldu. Top bizdə olanda istədiklərimizi edə bilmədik. “Sevilya” yaxşı fiziki formada idi və oyunboyu yüksək təzyiq göstərdilər.

Komandamın oyunundan razıyam, yorğun olsaq da, güclü rəqibə qarşı sona qədər mübarizə apardıq. Bir-birimizə uyğunlaşmaq üçün zamana ehtiyacımız var. Çox çətin üç qarşılaşma keçirdik və bunların ikisində qələbə qazandıq. Düşünürəm ki, 7 xal pis nəticə deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button