Kumandan 1:1-ə şərh: “Yaxşı oynadığımızı düşünürəm”
“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 5-ci turunda “Qranada”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Bərabərlik ədalətli idi. Buna layiq idik. Qol imkanlarımız olsa da, vaxtında dəyərləndirə bilmədik. Yaxşı oynadığımızı düşünürəm.
Azarkeşlərimizin xoşbəxt olmadığını bilirəm. Vəziyyəti düzəltməliyik. Bu çətinlikləri aradan qaldırmaq lazımdır. Əlimizə düşən fürsətləri qola çevirməliyik”.
“Barselona” La Liqada 7-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin