Xavi: “Uduzmağı sevmirəm”

“Barselona”nın baş məşqçisi Xavi La Liqada “Betis”ə uduzduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Xavi, 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Düşünürəm ki, yaxşı qol imkanlarımız oldu. “Betis”in əks-hücumlarının qarşısını almağa çalışdıq. Daha əvvəl buna çalışmışdıq.

Ümumilikdə 20-25 dəqiqə çox yaxşı oynadıq. Yaxşı imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Bunu düşünəndə təəssüflənirik. Xüsusilə, evdə uduzmaq çox ağrılıdır.

Komandam məğlubiyyətə layiq deyildi. Uduzmağı sevmirəm və bu məğlubiyyət məni narahat edir. İşimizə davam etməliyik. Əlimizə düşən imkanları qola çevirməliyik. Bu oyunda xal qazana bilərdik, ancaq olmadı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button