Kuman cəzalandırıla bilər

“Barselona”nın baş məşqçisi Ronald Kuman cəzalandırıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Kuman, La Liqanın 7-ci turunun “Real”la matçından (1:3) sonra hakimləri tənqid etmiş, xüsusilə, VAR hakimlərinin “Barselona”ya qarşı qərəzli olduğunu demişdi. Kumanla yanaşı, “Barselona” rəhbərliyinin iki nümayəndəsi  – Xavi Vilaxoan və Kuço Ernandesə də qarşı intizam işi açılıb.

Kuman 12 oyunluq diskvalifikasiya oluna bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button