Kuman Messidən danışdı: “Yalnız penaltidən qol vurduğunu bilirəm”

“Barselona”nın baş məşqçisi Ronald Kuman bu mövsüm yaxşı performans sərgiləməyən Lionel Messi haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, Messi haqda bunları deyib:

“Messi hələ də bir çox keyfiyyətə malikdir və hücumda əsas silahımızdır. Bu mövsüm yalnız penaltidən qol vurduğunu bilirəm. O, bizim üçün əhəmiyyətli biridir, komandada həlledici rola malikdir”.

Messi bu mövsüm ümumilikdə iki qol vurub və hər ikisi penalti zərbəsindən olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button