“Barselona”nın aparıcı futbolçusu məşqi buraxıb

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın dünənki məşqində iştirak etməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçuya məşqi buraxmaq üçün məşqçilər heyəti tərəfindən icazə verilib.

28 yaşlı oyunçu şəxsi səbəblərə görə düşərgəni tərk edib və bu, zədə ilə əlaqəli deyil. Klub hadisənin təfərrüatlarını açıqlamamağı qərara alıb.

De Yonq cari mövsümdə 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. O, iki həftə öncə klubu ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb.

Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” noyabrın 2-də, La Liqanın 11-ci turu çərçivəsində doğma meydanda “Elçe” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button