Rəhbərliklə görüşəcək – “Barselona”dan ayrılır

“Barselona”nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Viktor Valdes vəzifəsindən ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Valdes “Barselona” U-19-un ölkə çempionatında “Tarraqona” ilə qarşılaşacağı oyuna çıxmayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Valdesin növbəti həftə rəhbərliklə görüşəcəyi və yekun qərar veriləcəyi bildirilir.

Sabiq qapıçı bu ilin yayından “Barselona”nın U-19 komandasına rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button